Carlsberg Group
"Baltika-Baku" pivə zavodu Azərbaycan Respubliaksının paytaxtı olan Bakı şəhərinin 10 km uzaqlıqda yerləşən Xırdalan qəsəbəsində yerləşir. Şirkət ölkənin ən iri pivə istehsalçılarındandır.
Əsası 1969-cu ildə qoyulmuş bu zavod keçmiş SSRİ-nin ən müasir pivə istehsal edən zavodlarından biri olub. Fransa şirkəti olan Group Castel tərəfindən 1997-ci ildən əsaslı təmirə başlanılmış zavodun açılış mərasimi, 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə keçirilmişdir.